AZ

Hondurasds prezident seçkiləri qalib hələ də məlum deyil

525.az saytına istinadən ain.az xəbər verir.

Bazar günü Hondurasda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, seçicilərin əksəriyyətinin səsləri hesablansa da, hələ də kimin qalib gəldiyi bilinmir.

Bu günə olan məlumata görə,  Milli Partiyanın namizədi Nasri Asfura seçicilərin 39,91, Liberal Partiyasının nümayəndəsi Salvador Nasralla isə 39,89 faiz etimadını qazanıb. Başqa sözlə, Asfura rəqibindən cəmi 515 səs çox toplayıb. Bülletenlərin sayını davam etdiyindən hansı namizədin qalib olacağını proqnozlaşdırmaq mümkün deyil.

Formal olaraq Milli Seçki Birliyi 30 gün ərzində seçkinin nəticəsini elan edə bilər. Bu üzdən birliyin sədri Ana Paola Hal seçiciləri səbirli olmağa çağırıb və bülletenlərin tam sayılmasından sonra qalibin elan ediləcəyini bildirib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
525.az

1Mənbələr