AZ

Qazaxıstan vətəndaşları üçün Aİ viza rejimi sadələşdirilir

"Bu gün Brüsseldə Qazaxıstan vətəndaşları üçün Aİ viza rejiminin sadələşdirilməsinə dair razılaşma üzrə danışıqlara başlanılacaq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,, bu barədə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev bildirib.

"Biz kritik xammal, nəqliyyat və logistika, rəqəmsal innovasiya, kənd təsərrüfatı, təhsil və su ehtiyatlarının idarə edilməsi sahələrində Avropa İttifaqı ilə əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi əhəmiyyət veririk. Bu baxımdan, biz bu gün Brüsseldə Aİ ilə Qazaxıstan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi və repatriasiya sazişləri üzrə danışıqların başlanmasını alqışlayırıq", - Koşerbayev bildirib.

Görüş zamanı tərəflər Qazaxıstan və Avropa İttifaqı arasında iqtisadi tərəfdaşlığın vəziyyəti və inkişaf perspektivlərini, həmçinin Aİ ilə Mərkəzi Asiya arasında regionlararası əməkdaşlığın inkişafını müzakirə ediblər.

Seçilən
66
1
operativmm.az

2Mənbələr