AZ

Gürcüstan Qara dəniz sualtı kabel layihəsində Avropa İttifaqı ilə əməkdaşlğa hazırdır

Tbilisi, 2 dekabr, AZƏRTAC

Gürcüstan Qara dəniz sualtı kabel layihəsinin reallaşdırılmasında Avropa strukturları ilə əməkdaşlığı davam etdirməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazir Avropa İttifaqının layihəni prioritet elan etməsini yüksək qiymətləndirib.

Bildirib ki, layihə çox vacibdir və Gürcüstan onun birinci mərhələsinin həyata keçirilməsində fəal iştirak edir.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı Gürcüstan-Rumıniya “Qara dəniz Interkonnektor Kabeli” layihəsini "ümumi maraq doğuran layihə" (PCI – Projects of Common Interest) və "Qarşılıqlı maraq layihəsi" (PMI – Projects of Mutual Interest) elan edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
134
6
azertag.az

7Mənbələr