ain.az, Ayna portalına istinadən məlumat verir.
"Görünür, Honduras prezident seçkilərinin nəticələrini dəyişdirməyə çalışır”
ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən son prezident seçkilərində səslərin sayılması başa çatmasa, Hondurasa qarşı sərt tədbirlər görəcəyi ilə hədələyib.
AYNA.AZ xəbər verir ki, Tramp “Truth Social”da yazıb: "Görünür, Honduras prezident seçkilərinin nəticələrini dəyişdirməyə çalışır. Əgər bunu etsələr, bunun əvəzini çox baha ödəyəcəklər".
Tramp xatırladıb ki, 30 noyabr seçkilərində səslərin sayılması ümumi səslərin yalnız 47%-i sayıldıqdan sonra dayandırılıb.
"Yüz minlərlə Honduraslının səsləri sayılmalıdır. Demokratiya qalib gəlməlidir", Tramp vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.