AZ

FT: “Avropa Bankı Ukraynaya zamin durmayacaq”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.

“Avropa qurumları bu məsələdə AMB-dən dondurulmuş vəsaitlərin əsas hissəsinin saxlandığı Belçikadakı “Euroclear” depozitarisini qarantı olmağı xahiş edib. Bununla belə, bank Avropa Komissiyasının (AK) təklif etdiyi tənzimləmə planının öz səlahiyyətlərindən kənar sayıb”,- qəzet yazır.

Xatırladaq ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən sonra Qərb ölkələri Rusiya Mərkəzi Bankının təxminən 260 milyard avroluq aktivlərini dondurub. Bu məbləğin təxminən 193 milyard avrosu Belçikadakı “Euroclear” maliyyə qurumunun hesablarında saxlanılır.

Avropalı müttəfqiləri Belçikadan şübhələnirlər
Bu vəsaitlərin Ukraynanın maraqları üçün mümkün istifadəsi ilə bağlı müzakirələr təxminən dörd ildir ki, davam edir və son aylarda Kiyevə bu aktivlərlə təmin olunacaq 40 milyard dollarlıq “reparasiya krediti” verilməsi ideyası fonunda xeyli sürətlənib. Lakin vəsaitlərin əksəriyyətinin yerləşdiyi Belçika qəti şəkildə bunun əleyhinə çıxır.

Maraqlıdır ki, Tramp administrasiyasının noyabrın ortalarında açıqlanan ilkin 28 bəndlik “sülh planı”nda Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərindən 100 milyard dollar həcmindəsərmayə qoyuluşu nəzərdə tutulurdu. Həm də ABŞ öz ərazisində cəmi 5 milyard dollara yaxın Rusiya vəsaitinin dondurulmasına baxmayaraq, bu cür sərmayələrdən qazancın 50%-ni almağı nəzərdə tuturdu. Bu plan sonradan Amerika və Ukrayna tərəfləri arasında məsləhətləşmələr zamanı əhəmiyyətli dərəcədə yenidən işlənib.

Moskva isə, öz növbəsində, onun aktivləri barədə başqalarının qərarlar vermək cəhdlərini qətiyyətlə rədd edir və onlardan istifadə ilə bağlı istənilən təklifi “oğurluq” kimi qiymətləndirir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Belçikanın dondurulmuş Rusiya aktivlərindən götürülən gəlirləri öz xeyrinə istifadə edib-etməməsindən və onların Ukraynaya transferini gecikdirməsindən şübhələnən Avropa İttifaqının (Aİ) bəzi ölkələri bununla bağlı araşdırma aparmaq niyyətində olduğu barədə məlumat yayılıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
42
1
azvision.az

2Mənbələr