AZ

Yalçın Rəfiyev: Azərbaycan COP29 təcrübəsini Türkiyə ilə bölüşməyə hazırdır

Bakı, 2 dekabr, AZƏRTAC

Türkiyənin növbəti COP sammitinə ev sahibliyinin regionda iqlim gündəliyinə əlavə dinamika verəcəyi gözlənilir, Azərbaycan isə bu prosesdə qardaş ölkəyə praktiki dəstək göstərməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın COP29 üzrə baş danışıqlar aparıcısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan COP29 çərçivəsində formalaşmış təşkilati və məzmun təcrübəsini Türkiyə ilə paylaşacaq: “Türkiyə tərəfi bu istiqamətdə maraqlıdır. Yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri nəzərdə tutulur. Məqsəd sammitin uğurlu keçirilməsi üçün təcrübə və praktiki həllərin bölüşdürülməsidir”.

Yalçın Rəfiyev bildirib ki, Azərbaycanın qlobal iqlim proseslərində vasitəçilik və tərəfdaşlıq ənənəsi mövcuddur: “Pandemiya dövründə və sonrakı çoxtərəfli platformalarda Türkiyə ilə yaxından əməkdaşlıq etmişik. Bu xətt davam etdirilir”.

Onun sözlərinə görə, COP29-un yekun paketində idman tədbirləri kontekstində iqlim fəaliyyəti üzrə qərar layihəsinin irəliləməsi Azərbaycanın və Norveçin birgə işi nəticəsində mümkün olub: “İntensiv məsləhətləşmələr və hüquqi-texniki müzakirələr nəticəsində sənəd üzrə konsensus əldə edildi”.

Nazir müavini əlavə edib ki, sammitin keçiriləcəyi məkanla bağlı rəsmi məlumat Türkiyə tərəfindən açıqlanacaq: “Bizim əsas məqsəd COP-un uğurla təşkili və iqlim gündəliyinin konkret nəticələrlə tamamlanmasına dəstək verməkdir”.

Seçilən
74
1
azertag.az

2Mənbələr