
Hindistanda bəzi sərnişin təyyarələrinin qlobal mövqeləndirmə sistemi (GPS) saxtakarlığına və naviqasiya müdaxilələrinə məruz qaldığı bildirilib.
India Today-in xəbərinə görə, paytaxt Yeni Dehli də daxil olmaqla bir sıra hava limanlarından istifadə edən sərnişin təyyarələrinin saxta GPS əsaslı eniş prosedurlarına məruz qaldığı müəyyən edilib.
Kolkata, Amritsar, Mumbay, Haydərabad, Banqalor və Çennay hava limanlarına eniş və uçuş həyata keçirən sərnişin reysləri ilə bağlı da GNSS müdaxiləsi barədə məlumat verilib.
Mülki Aviasiya Nazirliyinin araşdırmasına əsasən, GPS saxtakarlığı və naviqasiya maneələrinə məruz qalan təyyarələrə vəziyyətə uyğun olaraq fövqəladə prosedurlar tətbiq edilib.
Nəqliyyat Nazirliyinə bağlı Simsiz İzləmə Təşkilatına (WMO) verilən göstərişdə saxtakarlığın mənbəyini müəyyən etmək üçün daha çox resursun səfərbər edilməsi tələb olunub.
GPS saxtakarlığı isə normal GPS siqnallarına bənzər şəkildə qurulan saxta siqnallar yayaraq mövcud GPS qəbuledicisini aldatma prosesi kimi xarakterizə olunur.