ABŞ Prezidenti Donald Tramp dekabrın 2-də bəyanatla çıxış edəcək.
AzPost bildirir ki, Amerika liderinin çıxışı saat 14:00-da (Bakı vaxtı ilə saat 23:00) gözlənilir. Trampın açıqlamasının mövzusu açıqlanmayıb.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp media qarşısına biləyində sarğı ilə çıxıb.
Düzbucaqlı, ət rəngində olan tibbi sarğı onun sağ əlinin üstündə olub. ABŞ Prezidenti MRT müayinəsindən keçdiyini, lakin müayinənin tarixini və səbəbini açıqlamayıb.
Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib ki, ABŞ administrasiyası tezliklə ABŞ Prezidenti Donald Trampın tibbi müayinəsinin nəticələrini açıqlayacaq. O, jurnalistlərə bildirib ki, bu, hazırda prezidentin həkimindən hesabatın alınması prosesinin bir hissəsidir.
Levittin sözlərinə görə, prezidentin keçirdiyi maqnit rezonans görüntüləməsinin (MRT) transkripti açıqlanacaq. Mətbuat katibi Trampın səhhətinin onun yaşında olan biri üçün normal olduğunu deyib.