AZ

Ərdoğan Qara dənizdə gəmilərə edilən dron hücumları ilə bağlı xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə Misirdən Rusiyaya doğru hərəkət edən “KAIROS” və “VIRAT” adlı gəmilərə dron hücumları ilə bağlı xəbərdarlıq edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan Rusiya–Ukrayna müharibəsinin bölgə üçün ciddi təhdidə çevrildiyini bildirərək, hər iki gəmiyə qarşı hücumla bağlı prosesləri yaxından izlədiklərini vurğulayıb:

“Rusiya–Ukrayna müharibəsi artıq Qara dənizdəki təhlükəsizliyi təhdid edən bir vəziyyətə gəlib çıxıb.

Bütün tərəflərə zəruri xəbərdarlıqları edirik. Müharibənin bitməsi istiqamətində son həftələrdə baş verən prosesləri diqqətlə izləyir, lazım olan töhfəni verməyə hazır olduğumuzu hər fürsətdə vurğulayırıq”, – deyə Ərdoğan bildirib.

Seçilən
186
14
cebheinfo.az

10Mənbələr