“Real Madrid” mövsümün qış və ya yay transfer pəncərəsi üçün əsas hədəflərindən birini müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, klubun baş skautu Juni Kalafat “Bayern Münhen”ə qarşı keçirilən oyunu stadiondan canlı izləyərək Deklan Raysın çıxışını diqqətlə təhlil edib.
Kalafatın ingilis yarımmüdafiəçidən çox təsirləndiyi və rəhbərliyə müsbət raport təqdim etdiyi bildirilib. Madrid təmsilçisinin orta xəttə gücləndirmə planlarında Raysın adı ilk sıraya yüksəlib və klub bu transferi “əsas hədəf” kimi dəyərləndirir.
“Arsenal”ın liderlərindən biri olan Deklan Raysın transferinin çətin və bahalı olacağı gözlənilir, lakin Madrid klubunun rəhbərliyinin bu keçid üçün ciddi şəkildə prosesə daxil olduğu vurğulanır.
Kamil Xudiyev