AZ

Zaxarovadan NATO-ya XƏBƏRDARLIQ: Bu sülh səylərinə zərbədir!

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqonun NATO-nun Rusiyanın “hibrid hücumları” adlandırılan hücumlarına qarşı daha aqressiv davranması ilə bağlı açıqlamalarına reaksiya verib.

Turkustan.az xəbər verir ki, Zaxarova bu sözləri “son dərəcə məsuliyyətsizlik” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Rusiyaya qarşı daha aqressiv davranması ilə bağlı bəyanatları “Ukrayna böhranının həlli səylərinə qəsdən zərbə vurmaq cəhdi” kimi qiymətləndirib.

Zaxarova NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqonun “Financial Times” qəzetinə verdiyi müsahibədə verdiyi açıqlamalara reaksiya verib və deyib ki, NATO Rusiyanın “hibrid hücumları” adlandırılan hücumlarına qarşı daha aqressiv hərəkət etməlidir.

"Biz bunu Ukrayna böhranının həlli üzrə səyləri sarsıtmaq üçün düşünülmüş cəhd hesab edirik. Bu cür bəyanatlar verənlər, o cümlədən alyans üzvləri riskləri və mümkün nəticələri dərk etməlidirlər", - Zaxarova bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
56
1
turkustan.az

2Mənbələr