Yenisabah portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Litvadan buraxılan pilotsuz uçuş aparatı Belarus sərhədini keçərək Qrodno şəhərində yerə düşüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Qeyd olunub ki, PUA noyabrın 30-da Litvanın Lazdiya rayonundan Belarus hava məkanına daxil olub. Sözügedən PUA Qərbi Avropa istehsalıdır.
Yaddaş kartının məzmunu və naviqasiya məlumatlarının təhlili nəticəsində məlum olub ki, dron Belarus ərazisi üzərindən uçaraq, Polşaya daxil olmalı və Litvaya qayıtmalı idi./Oxu.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.