BAKI, 1 noyabr. TELEQRAF
Azərbaycanlı iş adamı Vidadi Mustafayev Yekaterinburqda saxlanılıb.
Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, V. Mustafayev təxminən iki saat əvvəl məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. O, dələduzluqda şübhəli bilinir.
Məlumata görə, V.Mustafayev torpaq alqı-satqısında yol verilən maxinasiya işləri ilə bağlı saxlanılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.