AZ

Rusiyada Azərbaycan icmasının yeni rəhbəri saxlanıldı

Rusiyada Azərbaycan icmasının yeni rəhbəri saxlanıldı

Vidadi Mustafayev torpaq sahəsinin satışı ilə bağlı şübhəli bilinir.

İnterpress.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri mənbəyə istinadən məlumat yayıb.

Məlumata əsasən, Rusiyanın Ural bölgəsindəki Azərbaycan icmasının yeni rəhbəri Vidadi Mustafayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bildirilir ki, onun saxlanılması torpaq sahəsinin satışı məsələsi ilə əlaqəli ola bilər.

Qeyd edək ki, V.Mustafayev bu vəzifəyə cari ilin sentyabr ayında, daha əvvəl həbs edilmiş Şahin Şıxlinskinin yerinə gətirilmişdi.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
118
interpress.az

1Mənbələr