Qazaxıstanın “Kayrat” futbol klubunun keçmiş baş məşqçisi Kiril Keker 46 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanlı mütəxəssisin ölümünün səbəbi açıqlanmayıb.
Keker 2022-ci ilin iyununda - Kurban Berdyevin istefasından sonra "Kayrat"ın baş məşqçisi vəzifəsinə keçib. O, 2024-cü ilin aprelində postundan ayrılıb. 2025-ci ildə o, Qazaxıstanın U-19 millisində çalışıb, eyni zamanda “Kayrat”ın futbol akademiyasına rəhbərlik edib.