AZ

Almaniyada Milad ilə əlaqədar xərclərə qənaət olunacaq

Bakı. Trend:

Almaniyanın bir sıra şəhərlərində büdcə vəsaitlərinə qənaət üçünqarşıdakı Milad və Yeni il bayramları ilə əlaqədar işıqlandırmadanimtina etməyə qərar verilib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Drezden şəhər hakimiyyəti milad işıqlarındanimtina edib; Keniqştrasse küçəsi ətrafındakı barokko məhəlləsindəbayram işıqlandırılması tamamilə söndürüləcək.

Adətən bu ərazidə 80 ədəd yulğun ağacı LED girlandalarlabəzədilir, lakin bu payız bələdiyyə büdcəsində ağacların budanmasıüçün vəsait tapılmadığından, onların budaqları həddindən artıqböyüyüb.

Yerli biznesmenlər işləri öz hesablarına görməyi təklif etsələrdə, şəhər rəhbərliyi bu təklifi qəbul etməyib.

Stutqartda isə yüksək xərclərə görə işıqlı fiqurlardan imtinaolunub, Heidelberqdə isə bayram işıqlandırmasının ənənəvi vaxtdangec — günortadan deyil, saat 3-dən yandırılmasına və miladyarmarkası bağlandıqdan ən geci bir saat sonra söndürülməsinə qərarverilib. Eyni zamanda Lükkenvalde və Hildeshaym şəhərlərində miladişıqlandırması sakinlərin ianələri hesabına ödənəcək.

Maqdeburqda isə əvvəllər milad işıqlandırması üçün ayrılmışvəsaitlərin köhnəlmiş körpülərin yenilənməsi də daxil olmaqlayenidən büdcəyə qaytarılması qərara alınıb. Düsseldorfun Korolyevbulvarında küçə işıqlandırmasının xərclərini ticarət köşklərininsahibləri qarşılayacaqlar.

Seçilən
17
az.trend.az

1Mənbələr