GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Tacikistan Prezidenti Emoməli Rəhmon Əfqanıstanla sərhəddəki gərgin vəziyyət, xüsusilə silahlı insidentdən sonra sərhədin mühafizəsinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Əfqanıstan” məlumat yayıb.
Qeyd edilir ki, Rəhmon əfqan vətəndaşlarının qanunsuz və təxribat xarakterli hərəkətlərini qətiyyətlə pisləyib.
O, məsələ ilə bağlı təcili tədbirlərin görülməsi və bu kimi halların təkrarlanmamasına dair müvafiq qurumlara göstəriş verib.
Qeyd edək ki, sözügedən insident noyabrın 26-na keçən gecə iki ölkənin sərhədində baş verib. Əfqanıstan ərazisindən açılan atəş və qumbara ilə yüklənmiş dronların tətbiqi nəticəsində ölkədə fəaliyyət göstərən bir mədən şirkətinin üç Çin vətəndaşı həlak olub. Bundan başqa, daha bir hücum qeydə alınıb. Ümumilikdə son bir həftədə sərhəddə baş verən bu hadisələr nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.