AZ

Dekabrın 2-də Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iclası keçiriləcək

BAKI, 1 dekabr. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-3-də Brüsseldə işgüzar səfərdə olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat verib yayıb.

Dekabrın 2-də Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 6-cı iclası planlaşdırılıb.

Müzakirələrdən sonra Ermənistan xarici işlər naziri, Avropa İttifaqının ali nümayəndəsi Kaya Kalas və Avropa Komissiyasının komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcək.

Dekabrın 3-də Ararat Mirzoyan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci sammitində çıxış edəcək. İkitərəfli görüşlər də planlaşdırılır.

Seçilən
69
teleqraf.com

1Mənbələr