Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Azərbaycanda peşə tanınması əsasən dörd istiqamət üzrə həyata keçirilir: müəllimlik, tibbi sahələr, hüquq və mühəndislik ixtisasları. Bütün ixtisaslar üçün deyil, yalnız bu sahələrdə peşə tanınması imtahanı tələb olunur. Məsələn, mühəndislikdə inşaat, geoloji və digər texniki ixtisaslar, hüquqda isə müəyyən ixtisas qrupları bu imtihana cəlb olunur. Digər sahələr, məsələn, iqtisadiyyat və maliyyə bu dörd qrupa daxil olmadığından imtihandan keçmir".Bunu Demokrat.az-a açıqlamasında "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu deyib.O, bildirib ki, peşə tanınması imtahanının əsas məqsədi təhsilin keyfiyyətinə nəzarət, peşə məsuliyyəti və etibarlı qiymətləndirmə aparmaq, həmçinin bərabər rəqabət prinsipi yaratmaqdır:"Xaricdə alınmış diplomların ölkə standartlarına uyğunluğunu yoxlamaq üçün də bu imtahan vacibdir, çünki bəzi ölkələrdə təhsil səviyyəsi aşağıdır, proqramlar uyğunsuz olur və diplom fabrikləri mövcuddur. İmtahan bu sahələrdə minimum peşə biliklərini yoxlayır və həm xaricdə, həm də daxildə təhsil almış şəxslər üçün eyni standartları tətbiq edir. Yüksək riskli və dövlət tənzimlənən sahələrdə, məsələn, həkimlik, stomatologiya, tibbi texniki ixtisaslar, müəllimlik, hüquq və mühəndislik zəif hazırlıq şəxslərin fəaliyyətinə ciddi risk yarada bilər".Ekspert bildirib ki, imtahanın qiymətləndirməsi üç komponentdən ibarətdir: "Peşə üzrə nəzəri biliklər, sahəyə uyğun tətbiqi bacarıqlar və peşə etikası, yerli qanunvericilik bilikləri. Xaricdə təhsil alanlar üçün də ölkədə fəaliyyətə başlarkən yerli standartlara uyğunluq yoxlanılır. Bal sistemi 0–100 arasında dəyişir və minimum keçid balı müəyyən olunub. Suallar müstəqil ekspert şurası tərəfindən hazırlanır. Bu şuraya yerli universitetlərin professorları, peşə birlikləri və beynəlxalq standartlara uyğun müstəqil ekspertlər daxildir. İmtahan dövründə insan müdaxiləsi minimuma endirilir və nəticələr elektron formada qeyd olunur. Əgər şübhə yaranarsa, müraciət edilərək cavabların yenidən yoxlanması mümkündür".Onun sözlərinə görə, peşə tanınması imtahanı həm də xaricdə təhsil almış şəxslərin biliyini ölkə standartlarına uyğun qiymətləndirən bir mexanizmdir:"Bu sistem diplom keyfiyyətini şübhəli ölkələrdən gələn şəxslər üçün filtrasiya rolu oynayır və eyni zamanda daxili universitetləri bitirənlərin və xaricdə təhsil alanların eyni standartlarla qiymətləndirilməsini təmin edir. Nəticədə, imtahan modeli dövlətə real olaraq göstərir ki, hansı ölkələrdən gələn diplomlarda problemlər daha çoxdur, hansı ixtisaslarda bilik çatışmazlığı mövcuddur və hansı sahələrdə kadr boşluğu var. Bu isə təhsil sisteminin planlaşdırılmasını asanlaşdırır və keyfiyyətin yüksəldilməsinə xidmət edir".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.