AZ

Məhkəmə Əli Kərimli barəsində həbs qərarı verdi

BAKI, 1 dekabr. TELEQERAF

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliinin barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

Teleqraf xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb və qərar qəbul edilib.

Qərara görə, onun barəsində 2 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.

Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, Əli Kərimli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.

Hacı Zeynalov

Seçilən
110
2
teleqraf.com

10Mənbələr