AZ

“Nəriman Həsənzadə reanimasiya şöbəsində ağır vəziyyətdədir”- AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti hələ də ciddi narahatlıq doğurur.

News365.az-ın verdiyi məlumata görə, şair Mərkəzi Klinik Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsini davam etdirir.

Mətbuat xidmətindən bildirilib ki, Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, şair böyrəklərində yaranan problemlər səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.

News365.az

Seçilən
94
news365.az

1Mənbələr