AZ

Dövlət Vergi Xidməti beynəlxalq təlimdə təmsil olunub

Sloveniya Respublikasında Maliyyə üzrə Təcrübə Mərkəzinin (CEF) təşkilatçılığı ilə “Dövlət sektorunun təşkilatlarında və Mərkəzi Banklarda İT auditi” mövzusunda təlim keçirilib. Təlimdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daxili audit baş idarəsinin əməkdaşı Aynur İsmayılova iştirak edib.

Tədbir dövlət sektoru və mərkəzi banklar üçün informasiya texnologiyaları sahəsinin auditi, rəqəmsal bacarıqların inkişafı və gücləndirilməsi məqsədilə təşkil olunub. Təlim zamanı qabaqcıl beynəlxalq standartlar, çərçivələr və müasir yanaşmalar üzrə praktiki və nəzəri biliklər təqdim edilib.

Təlimçilər öz təşkilatlarında formalaşmış praktiki təcrübələri bölüşərək, müxtəlif ölkələrdən olan peşəkar auditorlar arasında informasiya texnologiyaları sahəsinin auditinin təşkili, risklərin idarə edilməsi və müasir yanaşmaların tətbiqi mövzuları üzrə müzakirələr aparıblar.

Seçilən
45
vergiler.az

1Mənbələr