AZ

NATO rəsmən açıqladı: Rusiya daha ​​aqressiv CAVAB ALACAQ

NATO Rusiyanın kiberhücumlarına, təxribatlarına və hava məkanını pozmasına "daha aqressiv" cavab verməyi nəzərdən keçirir.

Publika.a "Financial Times"a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqon deyib.

Bildirib ki, Qərb hərbi alyansı Moskvanın hibrid müharibəsinə cavab tədbirlərini gücləndirməyi düşünür.

"Biz hər şeyi öyrənirik. Kiberməkanda reaksiya veririk. Daha aqressiv və ya təşəbbüskar olmağı düşünürük", - deyə Draqon vurğulayıb.

Xatırladır ki, bəzi diplomatlar, xüsusən də Şərqi Avropa ölkələrindən olan diplomatlar NATO-nu reaktiv tədbirlərdən kənara çıxmağa və proaktiv tədbirlərə keçməyə çağırıblar.

Seçilən
73
publika.az

1Mənbələr