AZ

Aqil Abbas: “Televiziyalarda baş verənlərə görə senzuranı bərpa etmək olmaz, cəza ola bilər, başqa nə etsinlər, döysünlər?”

Son zamanlar ölkənin televiziya kanallarında yayımlanan verilişlərdə etik normaların pozulması, nalayiq ifadələrin, tanınmışlar arasında düşən qalmaqalların gündəm yaratmaq xatirinə efirə verilməsi ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Bu səbəbdən sosial şəbəkələrdə televiziya kanallarına senzura tətbiqi tələb edilir.

 

Milli Məclisin deputatı Aqil Abbas isə Pravda.az-a açıqlamasında deyib ki, senzuranın bərpası mümkün deyil.

 

“Senzuranı bərpa etmək olmaz. Sadəcə, Audiovizual Şura tədbir görməli, cəzalandırmalıdır. Efiri 24 saat bağlamaq, reklam buraxmamaq və s. kimi tədbirlər görməlidir. Yoxsa siz, biz, tamaşaçı nə edə bilər ki? Başqa cəza nə ola bilər? Döyəcəklər? Yenidən senzuranı qaytarmaq ayıbdır. Nə danışırsınız? Senzuranın ləğvi barədə qərarı ulu öndər Heydər Əliyev qəbul edib. Qaytarmaq olmaz”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 1 Dekabr 2025, 08:54   
Seçilən
120
7
pravda.az

9Mənbələr