AZ

Rubio: ABŞ–Ukrayna danışıqları məhsuldar keçib

BAKI, 30 noyabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqların məhsuldar olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, jurnalistlərə açıqlamasında yekun nəticəyə nail olmaq üçün hələ görüləsi çox işin qaldığını vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, tərəflər mühüm məsələlər üzrə irəliləyiş əldə ediblər.

“Görüləsi hələ çox iş var, lakin bugünkü danışıqlar kifayət qədər məhsuldar və faydalı oldu. Hesab edirəm ki, əlavə irəliləyiş əldə edildi”, - Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndə heyətlərinin Floridada baş tutan bu danışıqları Ukrayna böhranının nizamlanması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Seçilən
119
teleqraf.com

1Mənbələr