AZ

Fransız telekanalında bomba həyəcanı: Canlı yayım dayandırılıb

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Fransanın ictimai yayımçısı France Info telekanalı bomba ilə bağlı daxil olan həyəcan siqnalı səbəbilə canlı yayımı yarımçıq dayandırıb.

BAKU.WS xəbər verir ki, hadisə Paris studiyasında yayımlanan proqram zamanı baş verib. Alarm səsləri eşidildiyi anda aparıcı Jean-Christophe Galeazzi efiri dayandıraraq bomba təhdidi səbəbindən canlı yayımın kəsildiyini bildirib.

France Info-nun açıqlamasına görə, dövlət qurumlarından gələn bomba təhlükəsi barədə xəbərdarlıqdan sonra studiya təxliyə edilib və polis ərazidə axtarış aparıb. Təhlükəsizlik yoxlaması tamamlandıqdan təxminən iki saat sonra əməkdaşlar binaya geri qayıdıblar.

Xatırladaq ki, iki həftə əvvəl Fransanın digər kanalı BFMTV də oxşar bomba həyəcanı ilə üzləşmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
420
11
baku.ws

10Mənbələr