
Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun 38 yaşlı hücumçusu Lionel Messi məhsuldar ötürmələrin sayına görə əfsanəvi macar hücumçu Ferens Puşkaşın rekordunu geridə qoyub.
Yeniavaz.comxəbər verir ki, Messi “İnter Mayami” “Nyu-York Siti” komandasına 5:1 hesabı ilə qalib gələrək finala yüksəldiyi matçda karyerasının 405-ci məhsuldar ötürməsini edib.
Bununla da o, bütün zamanların yeganə rekordçusu olub.