AZ

“Bayern” rekordunu təkrarladı – ARENA.AZ

Futol üzrə Almaniya çempionu, 2025/2026-cı illər mövsümünün lider “Bayern” Bundesliqada özünə məxsus rekordu təkrarlayıb.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi buna 12-ci turda “Sankt Pauli”ni məğlub etdikləri (3:1) matçda nail olub.

Ölkə çempionu turnirdəki son 20 oyunun hər birində 2 və ya da çox qol vurub. Münhen təmsilçisi 2013/2014-cü illər mövsümündə Xosep Qvardiolanın baş məşqçisi olduğu dönəmdə də eyni göstəriciyə imza atmışdı.

Xatırladaq ki, “Bayern” cari mövsümdə də inamlı çıxışı ilə diqqət çəkir. Komanda hazırda 34 xalla Bundesliqanın turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Münhenlilər keçirdikləri 12 oyunda 11 qələbə qazanıb, cəmi 1 heç-heçə ediblər və məğlubiyyət tanımırlar. Top fərqi də diqqət çəkir – 44:9.

Seçilən
100
6
arena.az

8Mənbələr