AZ

“İn the army now”: Avropada hərbi mükəlləfiyyət bərpa edilir

Norveç qadınlar da daxil olmaqla, hamını əsgərliyə çağırmağa başlayıb. İsveç 8 illik fasilədən sonra yenidən hərbi mükəlləfiyyəti geri qaytarıb. Danimarka isə hətta genişləndirib: indi qadınlar da orduya çağırılırlar.

Litva və Latviya milli təhlükəsizlik üçün həyati vacib saydıqlarından əsgərliyə çağırışı bərpa ediblər.
Polşa yeniyetmərə silahla davranmağı öyrədir.

Almaniyada 2011-ci ildə hərbi çağırış ləğv edilmiş və orduda xidmət könüllü olmuşdu. İndi isə gəncləri hərbi xidmətə cəlb etməyin yeni modeli araşdırılır.

Xorvatiya 17 illik fasilədən sonra yenidən hərbi xidmətə çağırış praktikasına qayıdıb.

Frasa hərbi xidmətin könüllü olduğu nadir ölkələrdəndir. Burada 1997-ci ildə məcburi çağırış ləğv edilib. Amma yeniyetmələrə bir aylıq məcburi hərbi hazırlıq keçilir.

Ümumi trend budur ki, Avropa yenidən insanların məcburi hərbi xidmətə çağırılmasını təcrübəsinə qayıdır.

Tariyel Həsənov
AzVision.az
Seçilən
110
2
azvision.az

3Mənbələr