AZ

"Bayern Münhen" öz rekordunu təkrarladı

Futbol üzrə Almaniya çempionatının 12-ci turunda "Sankt Pauli"ni öz meydanında 3:1 hesabı ilə məğlub edən "Bayern Münhen" liqanın rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi buna son 20 Bundesliqa matçının hər birində 2 və daha artıq qol vuraraq nail olub.

Bu rekorda "Bayern" 2013/14 mövsümündə Qvardiolanın rəhbərliyi altında imza atmışdı.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 34-ə çatdıran Almaniya nəhəngi turnir cədvəlinin zirvəsində qərarlaşıb. Sözügedən kollektiv növbəti turda "Ştutqart"ın qonağı olacaq.

Nihat

 

 

Seçilən
151
11
fanat.az

10Mənbələr