AZ

Hamının geyindiyi dar geyimlər ağır fəsadlar yaradırmış: Həkimdən xəbərdarlıq!

Dar corab geyinmək ayaqlarda qan dövranı problemləri riskini artıra bilər. Həmçinin şalvarlardakı dar rezinlərin, kəmərlər də mədəyə təzyiq etməklə həzm problemlərinə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Pirogov Universitetinin Anatomiya və Morfologiya İnstitutunun (İAM) Morfologiya kafedrasının dosenti Vyaçeslav Petroviç Artişev Gazeta.Ru-ya müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, geyim və alt paltarı seçərkən hər hansı bir narahatlıq və ya təzyiq hissinə diqqətlə fikir vermək lazımdır.

Artişev onu da qeyd edib ki, dar corablarla yanaşı dar ayaqqabı da ayaqlarda qan dövranı problemləri riskini artırır. Bu isə aşağı ətraflarda keyləşmə, qanazlığı qaşınma və ya üşümə kimi narahatlıqlara səbəb ola bilər. Ekspert həmçinin şalvarlar alarkən onların bədənə oturuş formasını diqqətlə seçilməsini məsləhət görüb.

Seçilən
51
publika.az

1Mənbələr