AZ

Goranboyda "VAZ" ağaca çırpıldı, xəsarət alan var

Goranboyda qəza olub. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Nərimanlı kəndində baş verib. Hərəkətdə olan "VAZ 21099" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik avtomobili yol kənarında ağaca çırpılıb. Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Maarif Orucov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
171
1
avtosfer.az

4Mənbələr