Namibiyada beşinci dəfə yerli seçkiləri qazanan və uzun illər “Adolf Hitler” adı ilə tanınan siyasətçi rəsmi şəkildə soyadını dəyişib.
Musavat.com xəbər verir ki, o, artıq özünü belə təqdim edir:
“Mən Adolf Hitler deyiləm, mən Adolf Uunonayam”.
Qeyd edək ki, Uunona 2004-cü ildən bəri həmin dairəyə rəhbərlik edir. O, əvvəllər dəfələrlə bildirirdi ki, atasının ona bu adı verməsi tarixi kontekstdən xəbərsiz olması ilə bağlıdır. Qeyd edək ki, Namibiya 1915-ci ilə qədər Almaniyanın koloniyası olduğuna görə bu cür adlar bölgədə daha çox yayılıb.
Musavat.com