AZ

Naxçıvanda fermerlərə səyyar xidmət

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermer­lərin əkin bəyanı prosesini sürətlən­dirmək və asanlaşdırmaq məqsədilə bölgələrdə səyyar xidmət həyata keçirir. Nazirliyin səyyar qrupla­rı rayon və kəndlərdə fermerlərlə görüşərək əkin sahələrinin bəyan olunması, subsidiya qaydaları və Elektron Kənd Təsərrüfatı Sistemi barədə məlumat verir, həmçinin əkinlərin bəyan edilməsi ilə bağlı texniki dəstək göstərirlər.

Naxçıvan Regional Dövlət Aqrar İnki­şaf Mərkəzinin direktoru Fariz Şıxəliyev bildirib ki, səyyar xidmət fermerlərə həm vaxt qazandırır, həm də bəyanetmə zama­nı yarana biləcək gecikmələrin qarşısını alır. “Məqsədimiz hər bir fermerin dövlət dəstəyi tədbirlərindən problemsiz və tam şəkildə yararlanmasını təmin etməkdir”, – deyə o qeyd edib.

Payızlıq əkinlərlə bağlı bəyanların qəbulu 30 dekabr tarixində başa çatacaq. Gecikmiş və ya düzgün aparılmamış bə­yanlar fermerlərin əkin subsidiyası almaq hüququnun itirilməsinə səbəb ola bilər. Vaxtında və düzgün edilən bəyanlar isə monitorinqlərin operativ keçirilməsinə və subsidiyaların 2026-cı ilin əvvəlində ödə­nilməsinə imkan yaradacaq. Fermerlərə səyyar qrupların xidmətlərindən fəal şəkil­də yararlanmaq tövsiyə edilir.

Qeyd edək ki, nazirlik muxtar respub­likada aqrar sahənin rəqəmsallaşdırılması üzrə işləri davam etdirir. Artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya üçün tələb olunan avadanlıqların alınması məqsədilə açıq tender elan olunub. Sistemin 2026-cı ilin birinci rübündə istifadəyə verilməsi və subsidiya proseslərinin tam elektronlaşdı­rılması planlaşdırılır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
6
xalqqazeti.az

8Mənbələr