Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna-Rusiya müharibəsinin fonunda etiraf etməliyik ki, "müharibələrin qalibləri olmur, daha az itirənləri olur". Çünki müharibə sadəcə xəbərlərdən ibarət deyil. Torpaqlar bombalanır, işğal altında düşür. Bomba, atəş səsləri uzun illər insanların yaddaışndan silinmir. İnsanlar bununla yaşamağa məcbur qalırlar.
Ukrayna–Rusiya savaşında təkcə Ukryan itirmir, həm də məğlub olan Qərbin illüziyaları oldu. Çünki müharibə başlayanda Qərb Ukraynaya yalan vədlər verdi, "yanında olacağıq" dedi, müharibə dönəmində bütün dəstək şərtli və ya limitli oldu, siyasi alver predmetinə çevrildi.
Bu müharibənin qalibi Rusiya da deyil. Çünki Rusiyanın dünya ölkələri ilə iqtisadi münasibətləri, sözün əsl mənasında yox oldu. Bu gün Rusiya gələcək nəsillər üçün həm mənəvi, həm də iqtisadi yük buraxır. Kənardan müşahidə etdiyimiz zaman bütün tərəflər itirdi.
Bu gün əsas məsələ torpaqlarını, insanlarını itirmiş Ukraynanın bu vəziyyətdən necə çıxacağıdır. Ya Ukrayna son əsgərinə qədər döyüşməli, müharibənin nəticəsini düşünməməlidir. Düzdür, Ukrayna xalqı güclüdür, amma bu xalqın tükənməyəcəyi demək deyil. Ukrayna danışıqlar masasına oturub, razılığa da gələ bilər. Hazırkı vəziyyətdə ən ideal təklif budur. Ağrılı qərar olacaq. Çünki bu zaman Ukrayna torpaq itkiləri ilə razılaşmalı olacaq. Torpaq itirən liderlər tarixdə yaxşı iz buraxmır. Bunu da Zelenski yaxşı başa düşür.
Qərb daha Ukraynanı müdafiə etməyəcək. Bu, kənardan belə görünür. Hətta Qərb Ukraynanın təhlükəsizliyi ilə bağlı zəmanət versə də, Zelenski buna inanmamalıdır. Çünki müharibəyə də Qərbə güvənərək başlamışdı.
Bu gün Zelenski ABŞ-ın sülh planı ilə razılaşmaq məcburiyyətindədir. Ya müharibə, bu müharibədə qalib olmaq şansı yoxdur demək olar, ya da torpaqların itirilməsi ilə nəticələnəcək sülh planı. Torpaq itkisi ilə razılaşmaq Ukraynanın bu günə qədər verdiyi itkilərə qarşı hörmətsizlik olar. Bu zaman xalq sual edər ki, “bu qədər insan niyə itirildi?”
Zelenski müharibə başlayanda qəhrəman idi, amma bu gün sevilməyən, təzyiq altında olan bir rəhbərdir. Torpaq üçün mübarizə aparıb, itkilər verib, torpaq güzəştinə gedən liderlər sevilməz. Zelenski bu sülh müqvailəsini imzalasa, bütün Ukraynda təzyiqlərlə və tənqidlərlə qarşılşacaq. Amma bir müddət sonra xalq da reallığı qəbul edəcək. Bu savaşda Ukrayna torpaq itirəcək.
Zelenski bu müharibəyə başlayan gündən Qərbin oyuncağına çevrildi. Öz gücü ilə ayağa qalxmayan, başqasının dəstəyinə güvənən lider məğlub olmalı idi. Bu gün Ukrayna müharibəsi Qərbin silahları ilə davam edirsə, Zelenski Qərbin oyuncağı deyil bəs nədir?
Etiraf etmək lazımdır ki, bu dəstək olmasaydı müharibə heç 3-4 ay davam edə bilməzdi. Bu qədər insan itkisi olmazdı, bu qədər torpaq işğal altında düşməzdi. Görünən odur ki, Qərbin "çaldığına oynayan" Zelenski, Ukraynanı sadəcə məğlubiyyətə aparır. Bu gün Ukrayna elə bir vəziyyətdədir ki, ya Qərbin yanında yer alacaq, ya da Rusiyanın. O da sual altındadır ki, "Qərb Ukrayaya dəstək olacaqmı?!"…
Ukrayna Qərbdən ayrılsa, dərhal Rusiyanın asılılığına düşəcək. Qərb də Ukraynanı özünə tam bağlamır. Ukrayna xalqı uzun illər Çar Rusiyası, Sovet İttifaqı, Polşa-Litva Birliyi və s. arasında qalıb, mübarizə aparıb.
Müharibə başlayanda xatırlayırsınızsa, Rusiya köhnə rus silahları ilə zəif kimi müharibəyə başlamışdı və bu da Ukrayna xalqını, hakimiyyətini, hətta Qərbi belə Rusiyanın məğlubiyyətinə inandırmışdı. Eyni zamanda Qərb də Ukraynanı yanında olacağına inandırmışdı. Bu da müharibənin davam edə bilməsi üçün əsaslardan biri idi. Ukrayna ilk mərhələdə uğur da qazanmışdı. Bu idi, Ukrayna xalqını və Zelenskini qalibiyyətə inandıran. Bu gün Zelenskinin daha çox itirməmək üçün bir yolu qalıb, danışıqlara getmək…
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.