AZ

Qvineya-Bisauda komendant saatı ləğv edilib

Bakı. Trend:

Noyabrın 26-da hakimiyyətə gələn hərbçilər ölkə ərazisindəinsanların hərəkəti ilə bağlı əvvəlki məhdudiyyətləri və komendantsaatını noyabrın 28-dən etibarən ləğv etdiklərini elan ediblər.

Trend xəbər verirki, bu barədə Ali Hərbi Komandanlığın (AHK) Milli Televiziyavasitəsilə yayımlanan bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, 26 noyabr 2025-ci il hadisələrindənsonra ölkə yollarında insanların və yüklərin hərəkətinəməhdudiyyətlər tətbiq edilmiş, gecə vaxtı komendant saatı elanolunmuşdu. Ölkə prezidentinin keçid dövrü üçün and içməsi vəqaydanın bərpası məqsədilə AHK yaradılıb və insanların, həmçinindövlət müəssisələrinin və özəl şirkətlərin normal fəaliyyətininbərpası üçün şərait formalaşdırılıb. Yaranmış vəziyyəti təhliledərək, AHK 28 noyabrdan etibarən bütün əvvəlki məhdudiyyətlərinləğv olunduğunu açıqlayıb.

Bəyanatda həmçinin qeyd olunub ki, sabiq prezident Umaru SisokuEmbalo, daxili işlər və ictimai asayiş naziri Botçe Kande, SilahlıQüvvələrin Baş Qərargah rəisi Biage Na Ntan və onun müavini MamaduTure sağlamdırlar, lakin AHK tərəfindən həbsdə saxlanılırlar.

AHK məlumat verib ki, yaxın vaxtlarda Qvineya-Bisauda keçidhökuməti yaradılacaq və ölkədə sakitlik və sabitliyi poza biləcəkyürüşlərin, etirazların, nümayişlərin və digər fəaliyyətlərinqadağan olunduğunu bəyan edib.

Seçilən
30
az.trend.az

1Mənbələr