AZ

Nevroloq şahmatın beyin üçün faydalarını sadaladı

Nevroloq şahmat oyununun beyin fəaliyyətinə necə təsir etdiyini açıqladı

Sankt-Peterburqdakı Medical On Group klinikasının neyroloqu Dmitri Komissarov şahmatın həqiqətənmi idrak funksiyalarını yaxşılaşdırdığını izah edib.
Tribuna  “Çempionat”a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bu oyun beyin fəaliyyətinə təsir göstərir və onu hüceyrə səviyyəsində dəyişdirir.

Şahmat düşünmə səviyyəsinə və qarşıda duran tapşırıqların həllinə yanaşmaya təsir edir. Mütəxəssisin fikrincə, böyüklər üçün şahmat intellektual qabiliyyətləri formada saxlamağa, əvvəlcədən əldə edilmiş bacarıqları təkmilləşdirməyə kömək edir. Şahmatın verdiyi əsas bacarıqlardan biri ardıcıl və məntiqi düşünmək qabiliyyətidir.

Neyroloq qeyd edir ki, şahmatın beyin fəaliyyətinə təsiri daha çox məkan təfəkkürünün inkişafında özünü göstərir, nəinki operativ yaddaşın məşq olunmasında. Həkim əlavə edir ki, bu intellektual oyun Altsheymer xəstəliyinin müalicəsində və profilaktikasında da istifadə olunur.

Bu xəstəliyi yavaşlatmaq, qarşısını almaq və hətta müəyyən dərəcədə müalicə etmək mümkündür — bunun üçün beynin fəaliyyətini uzun müddət aktiv saxlamaq vacibdir. Nevron əlaqələrinin daimi fəaliyyətdə olması sinir hüceyrələrinin enerjisini və funksiyalarını tükətməyə imkan vermir.

Neyroloq həmçinin vurğulayır ki, şahmat yeni bilik öyrədən oyun deyil, düşüncə tərzini strukturlaşdıran bir fəaliyyət növüdür.

Şahmat beynin işləmə modelini hüceyrə səviyyəsində strukturlaşdırır və sonradan bu strukturun üzərinə biliklər əlavə olunur. Bu oyun düşüncə tərzini cilalayır, lakin beynin “resursu” kimi çıxış etmir.

İmran Kərimli

Seçilən
29
1
tribunainfo.az

2Mənbələr