Xaçmaz rayonunun Tell kəndində nektarin bağına, Cığatay kəndində isə badam bağında şaxta və sel-subasma hadisəsi ilə əlaqədar dəyən zərərə görə ümumi olaraq 913 min manat sığorta ödənişi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Aqrar Sığorta Fondu tərəfindən nektarin bağı üzrə ödənilən məbləğ 712 482 manat, badam bağı üzrə isə 200 520 manat təşkil edib. Bu, indiyədək Fond tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişidir.
Qeyd edək ki, dövlət tərəfindən təqdim olunan 50 faizlik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, digər hissəni isə dövlət qarşılayır.