AZ

Fransada könüllü hərbi xidmət tətbiq ediləcək

Fransa Prezidenti Emmanuel Makron ölkədə 2026-cı ilin yayından başlayaraq könüllü hərbi xidmətin yaradılmasını elan edib.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, ölkədə yalnız hərbi baxımdan ən perspektivli namizədlər könüllü xidmətə qəbul olunacaqlar.

Könüllülərin seçilməsi üçün hər il ayrıca gün ayrılacaq və yaşı 18-19 olan gənc Fransa vətəndaşları könüllü hərbi xidmətdə iştirak edə biləcəklər.

Qeyd edək ki, xidmət on ay davam edəcək və onların hər birinə aylıq 800 avro ödəniləcək.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr