AZ

Papanın Türkiyə planı rezonans doğurdu 100 illik qərar dəyişir

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Roma Papası XIV Leonun Türkiyəyə səfəri ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Papanın 3 günlük səfər çərçivəsində Ankarada rəsmi görüş keçirəcəyi, daha sonra İstanbulu ziyarət edərək burada xristian din xadimləri ilə iclas keçirəcəyi bildirilir.

Lakin katolik liderin xüsusilə İznikə səfər planı və burada planlanan xüsusi ayin birmənalı qarşılanmayıb. Xristian din rəhbərinin İznikdə ayin keçirməsi xalq arasında narazılığa səbəb olub. Papanın səfərinin açıq siyasi mesaj olduğu bildirilir.

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Roma Papası XIV Leo ənənəvi olaraq həm xristian, həm də qeyri-xristian ölkələrə səfər edir:

“Vatikanın Türkiyəyə qarşı münasibəti hər zaman ziddiyyətli olub. Ona görə də, bir çox məsələlərdə tərəflər arasında fikir ayrılığı mövcuddur. Lakin son 100 il ərzində müəyyən təmaslar olub. Hesab edirəm ki, hər hansı təxribat xarakterli çıxış, nitq olmasa, bu səfər uğurlu və sakit keçəcək.

Fərhad Məmmədov

Yaxın Şərq mövzuları hazırda Müqəddəs Taxt-Tacın diqqət mərkəzindədir. Vatikan bu mövzuda çox aktivdir. Əhalinin yer dəyişməsi baş verir. Suriyada və Livanda xristianların sayı müharibələr nəticəsində azalıb. Bu, katolik kilsəsini çox narahat edir.

Fikrimcə, bu məsələlər nəzərə alındıqda Vatikan və Ankara arasında buzların əriməsi, münasibətlərin daha da intensivləşməsi baş verə bilər. Hazırkı səfər də bu baxımdan diqqət çəkir”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
globalinfo.az

1Mənbələr