AZ

Bayram Nurlunun bu fotosu gündəm oldu

Bayram Nurlu Tbilisidə Gürcüstanın sabiq prezidenti Salome Zurabaşvili ilə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.

XəzərNews.az xəbər verir ki, B.Nurlu tanınmış siyasətçi ilə Tbilisinin məşhur restoranlarından birində təsadüfən qarşılaşdığını bildirib.

B.Nurlu paylaşımında həm görüşün səmimi keçdiyini, həm də Zurabaşvilinin onunla qısa bir söhbət etdiyini bildirib.

Foto qısa müddətdə sosial şəbəkələrdə geniş maraq doğurub və istifadəçilər arasında müxtəlif şərhlərə səbəb olub.

Hazırda Tbilisidə olan B.Nurlunun sözügedən paylaşımı mediada da müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Bayram Nurlu Azərbaycanda sosial şəbəkə fenomeni kimi tanınan şəxslərdən biridir. O, efirlərdəki çıxışları, sosial şəbəkədə yaratdığı obraz, tez-tez gündəm olan açıqlamaları və müzakirə olunan davranışları ilə tanınır.



Xəbər 10 dəfə oxunub.
Seçilən
24
xezernews.az

1Mənbələr