AZ

Azərbaycan əczaçılıq səhəsində İordaniya ilə birgə layihələr icra edəcək

Bakı. Trend:

Əczaçılıq sənayesinin inkişafı Azərbaycan hökumətininprioritetlərindən biridir.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri SahilBabayev Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniyaHaşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və TexnikiƏməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başaçatdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, həm Azərbaycanın, həm də İordaniyanıniqtisadi potensialı layihələrdən geniş istifadə edilməsinə imkanyaradır:

“Bu gün Azərbaycan əczaçılıq sənayesinin inkişafında maraqlıdır.İordaniyada bu sənaye kifayət qədər inkişaf edib. Əczaçılıqsənayesinin inkişafı üçün İordaniya ilə birlikdə müştərəklayihələrin həyata keçirilməsi müzakirə edildi. Əczaçılıqsənayesinin inkişafı Azərbaycan Hökümətinin prioritetlərindənbiridir. Bununla bağlı silsilə tədbirlər həyata keçirilir.İordaniya əczaçılıq sahəsində böyük istehsala malikdir. İordaniyaAzərbaycanla da istehsal sahəsində əməkdaşlığa maraqlıdır.Aidiyyatı şirkətlər və qurumların iştirakı ilə müzakirələraparılacaq, bu sahədə atılacaq addımlar müəyyənləşdiriləcək", -deyə o əlavə edib.

Seçilən
18
az.trend.az

1Mənbələr