Latviya Rusiyaya aparan dəmir yolu xətlərini tamamilə sökməyi planlaşdırır.
AzPost bildirir ki, LSM.lv portalının məlumatına görə, hökumət 2025-ci ilin sonuna qədər ölkənin şərq sərhədindəki dəmir yolu xəttinin mümkün sökülməsi ilə bağlı məlumatları təhlil edəcək.
Latviya prezidenti Edqars Rinkeviçs 26 noyabrda bildirib ki, Milli müdafiə və təhlükəsizliyin gücləndirilməsi üçün heç bir variantı istisna edə bilməzlər: “Lakin bu cür qərarlar işin müddəti və həcmi, eləcə də müxtəlif sosial-iqtisadi aspektlərə təsirinin qiymətləndirilməsi nəzərə alınmaqla qəbul edilməlidir”.
2024-cü ilin yayında Polşa, Litva, Latviya və Estoniya Avropa Birliyini Rusiya və Belarusla sərhəddə hərbi və hibrid təhdidlərdən qorumaq üçün müdafiə xətləri çəkməyə çağırıblar. Reuters agentliyinin məlumatına görə, bəzi AB diplomatları Rusiya və Belarusla 700 kilometrlik AB sərhədi boyunca belə bir müdafiə xəttinin tikintisinin dəyərini təxminən 2,5 milyard avro qiymətləndiriblər.