AZ

Bakı-Tbilisi-Qars dəmir yolu ilin sonunadək tam gücü ilə işə salınacaq

BAKI, 27 noyabr. TELEQRAF

Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi bu ilin sonuna planlaşdırılıb.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

“Gələn il qatar parkı genişlənəcək ki, tranzit və ixrac yüklərinə artan tələbi qarşılaya bilək. Həmçinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi yekun mərhələdədir. Onun tam istifadəyə verilməsi bu ilin sonuna planlaşdırılıb. Layihə Gürcüstan, Azərbaycan və Türkiyə arasında, həmçinin bütün Transxəzər dəhlizi boyunca fasiləsiz və effektiv əməliyyatları təmin edəcək”, - Mariam Qvrivişvili bildirib.

Seçilən
12
teleqraf.com

1Mənbələr