AZ

Çatlayan əllər üçün - Təbii məlhəm

Bu məlhəm cavanlaşdırıcı təsiri ilə əllərdəki çatlardan və piqment ləkələrindən xilas olmağa mükəmməl kömək edir. Sağlamolun.az həmin məlhəmi təqdim edir:
Tərkibi və hazırlanma qaydası: 1 yumurta sarısı 1 xörək qaşığı bal 1 xörək qaşığı bitki yağı Boş bir qabda hər üçünü qarışdırın. Və məlhəm hazırdır. İstifadə qaydası: 2 xörək qaşığı duzu 1 litr ilıq suda həll edin. Əllərinizi bu məhlulda 10 dəqiqə saxlayın. Sonra yuyunmadan ovuclarınızı isladıb məlhəmlə yağlayın. 20 dəqiqədən sonra yuyun. Effekt gözəldir: 3-4 gün ərzində əllərin dərisi yumşaq, elastik olur və çatlar yox olur.

Saglamolun.Az





Seçilən
124
saglamolun.az

1Mənbələr