Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.
İlin sonuna qədər Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatacaq.
Bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Evdokimov “Avrasiya iqtisadi inteqrasiyasında biznes üçün üstünlüklər” mövzusunda beynəlxalq dairəvi masada çıxışı zamanı bildirib.
“Hesab edirik ki, bu, ölkələrimiz arasında ticarət dövriyyəsinin çox yaxşı qarşılıqlı artım göstəricisidir”, - səfir qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.