Əməkdar artist Elnur Kərimov AzTV ilə yollarını ayırıb.
Kulis.az xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə açıqlama verib.
O, uzun müddətdir aparıcısı olduğu “Günə davam” verilişinin fəaliyyətinin başa çatdığını bildirib.
“Layihə həftəsonu yekunlaşır. Mən artıq komandaya vida etdim. Qismət olsa, başqa bir layihədə yenidən görüşərik”, – deyə Elnur Kərimov qeyd edib.