AZ

Azərbaycanda ATM-lərin sayı 3400-ü keçdi - Bir ildə 250 yeni bankomat qurulub

Bu ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ATM-lərinin sayı 3430-a çatıb.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bankomatların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 250 ədəd, yəni 7,9% artıb. Ötən ilin sonuna nəzərən artım 200 ədəd, yəni 6,2%, aylıq müqayisədə isə 20 ədəd, yəni 0,6% yüksəlib.

Xatırladaq ki, bank ATM-lərinin sayı bu ilin oktyabrın 1-nə 3410, ötən ilin sonunda 3230, 2024-cü ilin noyabrın 1-nə isə 3180 təşkil edib.


Seçilən
17
fed.az

1Mənbələr