Aqrar Sığorta Fondu tərəfindən ötən dövrlərdə təsərrüfatlarda baş verən hadisələrlə bağlı 20 milyon manata yaxın zərər ödənişləri həyata keçirilib. Bunu Aqrar Sığrorta fondunun müşaviri Rəvan Səmədli bildirib.
Onun sözlərinə görə, fond hazırda 2025-ci ilin zərər hadisələri üzrə tənzimləmə prosesini davam etdirir və müvafiq ödənişlər mərhələli şəkildə fermerlərə təqdim olunur.
"Ödənişlər təkcə meyvə bağları ilə məhdudlaşmır. Aqrar Sığorta Fondu tərəfindən 41 növ bitkinin sığortalanması təmin edilir və müxtəlif bölgələrdə bu bitkilər üzrə sığorta hadisələri araşdırılaraq müvafiq kompensasiyalar ödənilir. Hazırda həm ekspertiza, həm də yekun zərər hesablamaları üzrə proseslər davam edir və 2025-ci il üzrə sığorta ödənişlərinin əksəriyyətinin yaxın zamanda tamamlanması planlaşdırılı",- o vurğulayıb.
Aytac Zeynalova