Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa bu gün çıxacaq.
Offsideplus.az xəbər verir ki, milli komanda A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Oyun Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yığmamız növbəti oyununu noyabrın 30-da Lüksemburqa qarşı keçirəcək.